EN

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 2 400 nəfər. Bu, illik müqayisədə 1,6 % azdır.

Bundan əlavə, Belarusdan 1 250 nəfər (-9%), Polşadan 536 nəfər (+32,7 %), Moldovadan 295 nəfər (+1,7 %), Macarıstandan 238 nəfər (+61,9 %), Litvadan 205 nəfər (+27,3 %), Çexiyadan 197 nəfər (-7,5 %), Rumıniyadan 192 nəfər (-24,1 %), Serbiyadan 129 nəfər (-0,8 %), Slovakiyadan 123 nəfər (+46,4 %), Estoniyadan 121 nəfər (+34,4), Xorvatiyadan 94 nəfər (+95,8 %), Latviyadan 92 nəfər (+19,5 %), Bolqarıstandan 81 nəfər (-35,2 %), Kiprdən 30 nəfər (+87,5 %), Bosniya və Hersoqovinadan 25 nəfər (-49 %), Sloveniyadan 24 nəfər (-22,6 %), Monteneqrodan 20 nəfər (-45,9 %), Albaniyadan 16 nəfər (-11,1 %), Şimali Makedoniyadan isə 7 nəfər (+70,8 %) turist gəlib.

Chosen
87
4
aznews.az

5Sources