EN

İran birjası ikinci elana qədər bağlı qalacaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İranın fond birjası bağlı qalmaqda davam edəcək.

APA xəbər verir ki, bu barədə “Tasnim” İranın iqtisadiyyat naziri Əli Mədenizadəyə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, birjanın bağlanması ilə vətəndaşların birjadakı vəsaitlərinin qorunması hədəflənir və fond birjası ikinci bir elan verilənədək açılmayacaq.

Qeyd edək ki, İran birjası müharibənin ikinci günü bir həftə müddətinə bağlı qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
96
6
apa.az

7Sources