EN

Ərdoğandan hərbi vəziyyətə hazırlıqla bağlı Yeni təyinatlar

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə Milli Müdafiə Nazirliyi (MMN) istisna olmaqla, bütün nazirliklərə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi ilə bağlı təyinatlar olub. Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bu gün “Resmi Gazete”də dərc olunub.

 

İdarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə hallar, habelə mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi daxildir.

Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək, həmçinin nazirlərin tapşırıqlarını yerinə yetirəcək.Milli Müdafiə Nazirliyi bu siyasətin əsas icraçısı olduğu, müharibəyə və müdafiəyə hər zaman hazırlıq apardığı üçün bu İdarəyə daxil edilməyib. Qeyd edək ki, Türkiyə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi 2025-ci ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə yaradılıb. Təyinatlar isə bu gün həyata keçirilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
5
bizim.media

6Sources