EN

Qadına məhz qadın olduğu üçün xüsusi təbrik və hədiyyə verilməsi gender bərabərliyi baxımından yanlış yanaşmadır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında II Qadın Liderləri Zirvəsi keçirilib və tədbir müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə birləşdirib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə spiker kürsüsündə çıxış edən tanınmış aparıcı Leyla Quliyeva bildirib ki, ən sevmədiyi bayram Beynəlxalq Qadınlar Günü – 8 Martdır.

Leyla Quliyevanın sözlərinə görə, qadınlara məhz qadın olduqları üçün xüsusi təbrik və hədiyyələrin verilməsi gender bərabərliyi baxımından doğru yanaşma deyil: “Bütün qadınlar, insanlar kimi hədiyyə almağı və verməyi sevir. Amma qadın olduğum üçün hədiyyə alınmasını sevmirəm. "Analar Günü" kimi xüsusi gün var və onu qeyd etmək daha məntiqlidir. Amma sırf qadınsan deyə təbrik edilmək gender bərabərliyini pozur”.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
108
icma.az

1Sources