EN

“Qan ver, həyat xilas et!”

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası davam edir.

“İdman həftəsi” çərçivəsində Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda təşkil olunan aksiyaya idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman Akademiyasının əməkdaşları və digər kateqoriyadan olan insanlar qoşulublar.

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiya talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilir.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
3
xalqqazeti.az

4Sources