EN

Moskva vilayətində partlayış baş verib

Moskva vilayətindəki bank filialında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Moskva yaxınlığındakı Putilkovoda bank filialının binasında partlayış baş verib.

Binanın şüşələri və giriş qapıları qırılıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və polis əməkdaşları gedib.

Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Chosen
149
1
apa.az

7Sources