EN

Moskvada partlayış başVERDİ

Moskva vilayətində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, Moskva yaxınlığındakı Putilkovoda bank filialının binasında partlayış baş verib. 

Binanın şüşələri və giriş qapıları qırılıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və polis əməkdaşları gedib. Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb. 

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Chosen
109
4
redaktor.az

7Sources