EN

Müharibə turizmi də “vurdu”

ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirləri səbəbindən Yaxın Şərqdə münaqişə davam edir.

Hazırda regionda gərgin vəziyyətin olması da turizm sektoruna təsir göstərir.

"Cebheinfo.az" "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, İranın raket hücumları səbəbindən Körfəz ölkələrində otel rezervasiyalarının ləğvində artım müşahidə olunub.

Palm Jumeirah və Downtown şəhərlərində adətən öncədən sifariş edilən otellərdə doluluq nisbətinin 20 faizdən aşağı düşdüyü bildirilir.

Dəbdəbəli həyat tərzi ilə tanınan turizm mərkəzi olan Dubayda müharibə səbəbindən lüks otel qiymətləri kəskin şəkildə aşağı düşüb.

Müharibədən əvvəl gecəlik qiymətlər 400 avrodan başlasa da, bunun 83 faiz azalaraq 68 avroya çatdığı bildirilir.

Sektor nümayəndələri təhlükəsizliklə bağlı narahatlıqların regionda turizmə böyük zərbə vurduğunu bildiriblər. 

Qeyd olunub ki, Avropa və Asiya bazarlarından edilən sifarişlərdə ləğv halları artıb və otellər doluluq nisbətini qorumaq üçün qiymətləri endiriblər.

Chosen
98
1
cebheinfo.az

2Sources