EN

Saşa İliç: “Bundan sonra bu yolla davam edəcəyik”

Misli Premyer Liqasının XXIII turunun "Karvan-Yevlax" - "Sumqayıt" matçından (1:1) sonra qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Çalışdıq ki, akademiyanın yetirmələrinə şans verək. Bundan sonra bu yolla davam edəcəyik".

– Qərarınızın səbəbi nədir?

– Rəhbərlikdən gələn tapşırıqdır ki, akademiya yetirmələrinə üstünlük verək. Kifayət qədər səhvlər etdik, keyfiyyətsiz oyun alındı. Penaltidən də yararlana bilmədik.

– Bu heyət autsayderlə də bacarmır. Qarşıdakı oyunlardan nə gözləyirsiniz?

– Baxacağıq.

– Strategiyanı dəyişmisiniz. Bu, sizin şəxsi iddianızla üst-üstə düşür?

– Verilən qərara hörmətlə yanaşıram.

– Son zamanlarda komandanın oyunlarında geriləmə hiss olunur. İddia var ki, yayda klubdan ayrılacaqsınız?

– Mövsümün sonuna hələ var. Nə qərar verilsə, qəbul edəcək. Müqaviləm mövsümün sonuna kimidir.

– “Sumqayıt” akademiyasının perspektivi haqda nə düşünürsünüz?

– Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Qərarı başa düşürəm, avrokuboklara vəsiqə şansımız azalıb. Buna görə strateji yollar ayrılıb.

– Mövsümün əvvəlində qərar qəbul edilib ki, yerli, gənc oyunçuların oyun dəqiqəsinə görə bonuslar veriləcək. Bu strategiya məsələsində bu amilin rolu var?

– Bu barədə eşitmişəm. Strategiyanın dəyişməsi əsas avrokuboklara vəsiqə şanslarının azalmasıdır.

– Komandanın belə durumunda rəhbərliyin dəstəyini hiss edirsiz, ya narazılıq var?

– Komanda üçün çalışırıq. Mövsümün əvvəli yaxşı başladıq. Amma qış fasiləsində müəyyən tələblərim oldu. Onlar da alınmadı.

– Penaltiləri fərqli futbolçuların vurmasının izahı nədir?

– Bu, oyunçuların öz qərarıdır. Qarışmamışam.

– Axşamki “Beşiktaş” – “Qalatasaray” oyununu izləyəcəksiniz?

– Əlbəttə, baxacağam. İki mövsüm “Qalatasaray”da oynamışam. Onların azarkeşiyəm.

“Səbail” və MOİK-dən qələbə

Kurçi ən yaxşı adına layiq görüldü

“Kəpəz”də struktur dəyişikliyi

Mövsümdə ilk, tarixdə 35-ci

Andrade üçün yubiley

Chosen
109
3
apasport.az

4Sources