EN

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevə zəng edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Chosen
57
28
day.az

10Sources