EN

İsrail SEPAH qərargahını VURDU

İsrail Müdafiə Qüvvələri Tehrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Tehrandakı İran rejiminin hərbi hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirib. Bu seriyadakı əsas zərbələrdən biri hava vəziyyətini qiymətləndirmək və İran hava məkanını qorumaqdan məsul olan SEPAH Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzini hədəf alıb. Bu komandanlıq mərkəzi Tehranda əsas hava hücumundan müdafiə komandanlıq məntəqəsi olub", - deyə İMQ sözçüsü bildirib.

Bundan əlavə, İDF əlavə edib ki, "İsrail Hərbi Hava Qüvvələri ərazidəki hava hücumundan müdafiə sistemlərinə, komandanlıq mərkəzlərinə və logistika anbarlarına zərbə endirib".

Musavat.com

Chosen
132
50
musavat.com

10Sources