EN

İsrailin Livana hava zərbələri nəticəsində 294 nəfər ölübYENİLƏNİB

Martın 2-dən bəri İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 294 nəfərə çatıb, 1023 yaralı var.

Xezerxeber.az Livan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, həlak olanların və yaralıların sayının artacağı gözlənilir.

Nazirliyin məlumatına görə, İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

18:30

İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Xezerxeber.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında Livan ordusunun üç hərbçisi də var. Hadisə İsrail qüvvələri ilə qəsəbədəki silahlı qruplar arasında baş verən toqquşmalar fonunda baş verib.

Məlumata görə, gecə saatlarından şənbə gününə keçən müddətdə bölgədə intensiv döyüşlər və hava zərbələri qeydə alınıb.

Chosen
77
2
xezerxeber.az

10Sources