EN

Əmlak bazarında süni qiymət artımı şadlıq saraylarına mənfi təsir edib -Yenilənib » AzadMedia.az

Əmlak


Bir neçə gün əvvəl yerli medianın yazdığına görə, Rusiyadakı cütlüklər dəbdəbəli toylardan imtina edirlər, evlənənlərin sayı azalıb. Məlumata görə,səbəb sadədir: qiymətlər bahadır, evlənənlərin şənlik və s. üçün pulu yoxdur.

Bəs Azərbaycanda vəziyyət necədir?

Faktinfo.az saytı aparıcı şadlıq evlərindən birinin idarəedici şəxsi ilə əlaqə saxlayıb, mövzuya dair fikir öyrənib.

Sayta adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, Azərbaycanda evlənənlərin sayı azı iki dəfə azalıb.

"Demək olar bütün şadlıq saraylarında eyni vəziyyətdir. Yaranmış durum zəncirvari bütün sahələrə öz təsirini göstərir. Çünki toyların sayı əvvəlki illərlə müqayisədə iki dəfə azalıb. Təbii ki, burada bir çox səbəblər var. Yaşayış səviyyəsini şərtləndirən ərzaq qiymətlərində yaşanan bahalıq, evlənmək istəyən gənclərin özlərinə qanedici məvacibli işi tapa bilməmələri, son bir ildə mənzillərin qiymətinin həddən ziyadə bahalaşmasını vəs. göstərmək olar.

Xüsusilə də,evlərin süni qiymət artımı səbəbindən gənc nəsil üçün əlçatmaz olması təbii ki,yetkin gənc nəsil nümayəndələrinin evlənməməsinə səbəb olub.Mövcud mənzərə ümumi götürdükdə, iqtisadi sferanın gəlirliyi üçün də arzuolunmazdır" - deyə, müsahibimiz bildirib.

Qeyd: "Əmlak bazarında süni qiymət artımı şadlıq saraylarına mənfi təsir edib" başlıqlı xəbər yazısından sonra sayta zəng edilib.Zəng edən şəxs bildirir ki,oğlunun 34 yaşı var,onu evləndirə bilmir.Oğlu evlənib birgə yaşadıqları iki otaqlı evə gəlin gətirmək istəmir,kirayə qalmağı da qəbul etmir.Şəxs ev alqı-satqısı ilə məşğul olan "maklerlərin" vəziyyəti ağırlaşdırmalarını qeyd edib. "Hərəsi özünə künc-bucaqda bir köşk açıb.Fürsət düşən kimi evləri ucuz alıb,baha qiymətə təklif edirlər.Evlər də get-gedə beləcə bahalaşır.Valıideyn mən,bu bahalıqda necə ev alım,övlad toyu edim."

Chosen
89
2
azadmedia.az

3Sources