EN

Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var

Goranboyda minik maşınları toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində baş verib.

Hərəkətdə olan "VAZ-21015" ilə "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP  əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
123
1
unikal.az

10Sources