EN

Goranboyda avtomobillər toqquşdu, ana və övladı xəsarət aldı

Goranboyda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı hər iki avtomobilin sürücüsü isə ambulator müalicə alıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Chosen
104
4
yenisabah.az

6Sources