EN

Şəmkirdə ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Şəmkir rayonu ərazisində ölən piyadanın kimliyi məlum olub.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Tamella Nuriyevanı vurub.

Qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayonu ərazisində qadın piyadanı avtomobil vurub.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Chosen
63
3
far.az

7Sources