EN

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 3 nəfər - 2010-cu il təvəllüdlü T.Tağızadə, 1979-cu il təvəllüdlü E.Quliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Goranboyda Goranboyda Goranboyda Goranboyda
Chosen
128
43
apa.az

10Sources