EN

KİV: Tehranın neft anbarları ciddi zərər görüb

KİV: Tehranın neft anbarları ciddi zərər görüb

Tehranın şimalında və qərbində yerləşən bir neçə neft anbarı İsrail və ABŞ-ın hücumlarına məruz qalıb.

AFN.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin İranın Neft Nazirliyindəki mənbələrindən əldə etdiyi məlumata görə, Tehranın kənarındakı Kərəc şəhərində, həmçinin paytaxtın Şahran və Kuhak rayonlarındakı neft anbarları atəşə tutulub. Dəyən ziyanın həcmi barədə hələlik dəqiq məlumat yoxdur.

Eyni zamanda agentlik iddia edir ki, Tehranın cənubunda yerləşən və daha əvvəl vurulduğu bildirilən neft emalı zavodu (NEZ) zərər görməyib; orada neftin emalı adi qaydada davam edir.

Chosen
121
31
afn.az

10Sources