EN

Komandası məğlub oldu, Mahir isə...

Almaniyanın II Bundesliqasında 25-ci tur çərçivəsində “Kayzerslautern” “Boxum”la üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli matça ehtiyat oyunçular skamyasından başlayıb. O, 83-cü dəqiqədə meydançaya daxil olub və komandasının hücum xəttini gücləndirməyə çalışıb.

Lakin qalan dəqiqələrdə hesab dəyişməyib və “Kayzerslautern” məğlubiyyətdən qaça bilməyib.

Qeyd edək ki, təmsilçimizin klubu 37 xalla 7-ci pillədə qərarlaşıb.

Kamil Xudiyev

Chosen
9
1
fanat.az

2Sources