EN

Nişan günündə bəy göz yaşı tökdü: Gəlin sakitləşdirə BİLMƏDİ VİDEO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə yayılan bir nişan mərasimi görüntüsü qısa zamanda geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, kadrlarda bəyin nişan günündə həyat yoldaşına sarılaraq göz yaşlarını saxlaya bilmədiyi anlar əks olunub.

Görüntüdə gəlinin bəyi sakitləşdirməyə çalışdığı, onun isə duyğularına hakim ola bilmədiyi açıq şəkildə görünür.

Bəyin hansı səbəbdən bu qədər kövrəldiyi isə məlum deyil. Sosial media istifadəçiləri müxtəlif ehtimallar irəli sürüblər. Bəziləri bunun sevinc göz yaşları olduğunu, digərləri isə ailə ilə bağlı duyğusal bir məqam yaşandığını düşünüblər.

Paylaşıma çoxsaylı rəylər yazılıb. "Əsl sevgi budur", "Kişinin ağlaması zəiflik deyil", "Çox təsirli an idi" kimi şərhlər üstünlük təşkil edib. 

Sözügedən video qısa müddətdə minlərlə baxış toplayaraq sosial mediada ən çox paylaşılan görüntülərdən birinə çevrilib.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
news.milli.az

2Sources