EN

Almaniya İrandakı səfirliyinin əməkdaşlarını təxliyə edib

Almaniya hökuməti Yaxın Şərqdə gərginliyin artması fonunda Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq ölkədən çıxarıb.

APA xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik riski ilə əlaqədar səfirlik əməkdaşları müvəqqəti olaraq İrandan təxliyə olunub. Bununla yanaşı, səfirliklə operativ əlaqə imkanlarının saxlanıldığı qeyd edilib.

Almaniya XİN-dən bildirilib ki, bu addım yanvar ayının ortalarında ehtiyat tədbiri kimi başlanmış diplomatik nümayəndəliyin əməkdaş sayının azaldılması prosesinin davamıdır.

Chosen
38
2
apa.az

3Sources