EN

İrandan təxliyə edilən almaniyalı diplomat: Azərbaycan bizi bürokratik maneəsiz qəbul etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyanın İrandakı səfirinin müşaviri Manfred Şüller Azərbaycana təxliyə olunub.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, diplomat Azərbaycan dövlətinə onların təxliyəsi ilə bağlı yaratdığı şəraitə görə təşəkkür edib.

"Azərbaycan hökuməti heç bir bürokratiya olmadan Tehrandakı Almaniya səfirliyinin işçilərinin girişinə icazə verdi. Biz buna görə çox minnətdarıq. Uzun bir səfərimiz oldu, ona görə də indi özümüzü yaxşı yerdə hiss edirik".

Diplomat, həmçinin Tehranda yaşanan bomba partlayışlarından danışıb: "Tehranda çoxlu hücumlar olur. Onları eşidirsiniz, görürsünüz. İndi Tehrandakı digər insanlarla əlaqə saxlayıram".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
123
1
oxu.az

2Sources