Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ, İsrail və İran arasında davam edən müharibə 9-cu gününə daxil olarkən qarşılıqlı hücumlar bölgədə gərginliyi daha da artırıb. İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani döyüşlər zamanı bir sıra ABŞ əsgərlərinin əsir götürüldüyünü iddia edib.Bizim.Media xəbər verir ki, İsrail isə İranın iqtisadiyyatında mühüm rol oynayan üç neft anbarını raketlərlə vurduğunu bildirib. Hücumdan sonra Tehranda böyük yanğınların baş verdiyi müşahidə olunub.İranın rəsmi nümayəndəsi Əli Laricani bildirib ki, münaqişə başlayandan bəri bəzi ABŞ hərbçiləri əsir götürülüb. Lakin o, neçə nəfərin əsir alındığı və hansı şəraitdə tutulduqları barədə konkret məlumat verməyib.İranlı rəsmidən sərt açıqlamalarLaricani ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi addımlarını “beynəlxalq miqyasda böyük hesab səhvi” adlandırıb. O, İran dövlət televiziyasına müsahibəsində bildirib ki, Vaşinqton administrasiyası İranda qısa müddətdə nəticə verəcək bir müharibə planlaşdırıb, lakin bu planlar özünü doğrultmayıb.Onun sözlərinə görə, ABŞ rəhbərliyi İranda tez qələbə qazanacağını düşünür və ölkədə xaos yaratmaq üçün İranın dini lideri ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planlaşdırıb. Laricani bu planların uğursuz olduğunu və İran hakimiyyəti ilə xalqın müharibə qarşısında birlik nümayiş etdirdiyini bildirib.İsrail İranın 3 neft anbarını vurduLaricaninin açıqlamaları gündəmdə geniş rezonans doğurarkən, gecə saatlarında İsrailin hücumları da davam edib. İsrail qüvvələrinin Tehranda yerləşən neft anbarlarına zərbələri nəticəsində partlayışlar baş verib və böyük alovların yüksəldiyi bildirilib.Sosial şəbəkələrdə yayılan görüntülərdə Tehrandakı neft anbarlarının yanması əks olunub. Alovların şəhərin uzaq hissələrindən də göründüyü qeyd edilir.Fars xəbər agentliyinə danışan və adı açıqlanmayan Neft Nazirliyi rəsmisi hücum zamanı Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.İranın Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, ABŞ və İsrail hücumları zamanı vurulan anbarlardakı yanacaq ehtiyatı əvvəlcədən minimum səviyyəyə endirilib və ölkənin yanacaq təchizatı digər mənbələr hesabına davam etdirilir.Müharibənin gedişiİsrail və ABŞ 28 fevralda, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatlara başlayıb.İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.ABŞ və İsrailin hücumları nəticəsində İranın dini lideri ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin öldüyü bildirilir.İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə ABŞ-İsrail hücumları nəticəsində 926 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.