EN

Corc Rassel Avstraliya Qran Prisinin qalibi olub

Bakı. Trend:

Böyük Britaniyalı pilot Corc Rassel Formula 1 DünyaÇempionatının 2026-cı il mövsümünün ilk mərhələsi olan AvstraliyaQran Prisinin qalibi olub.

Trend xəbər verirki, yarış Melburn şəhərində baş tutub.

"Mercedes" komandasının pilotunun italiyalı komanda yoldaşı KimiAntonelli ikinci yeri tutub. "Ferrari" komandasından monakolu ÇarlzLekler üçüncü olub. "McLaren" komandasının pilotu, hazırkı dünyaçempionu Lando Norris isə yarışı beşinci pillədə başa vurub.

Dünya çempionatının ikinci mərhələsi 13–15 mart tarixlərindəÇində keçiriləcək.

Chosen
104
4
az.trend.az

5Sources