EN

Ana qadın, bacı qadın, yar qadın

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurəddin İSMAYIL

8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə bütün Azərbaycan qadınlarını canı könüldən təbrik edirəm.

Axar su misalı, ey ana qadın, 

Ucadan ucadır bil, sənin adın. 

Təzə açılan körpə dillər sənə möhtac,

O gül çöhrənin oxşarı güllər sənə möhtac. 

Başqa bir aləmsən, aləm içində,

Yaradan yaratmış səni, nə gözəl biçimdə.

İsti nəfəsindən yeni can gəldi canımıza, 

Ruhundan tükənməz sevgi seli axdı qanımıza. 

Bağrına sığındıq çətin zamanda, 

Saxladın daim bizi, əmin-amanda. 

Gəlişinlə cahan güllü-gülüstana döndü,

Saf eşqə tən adın dillərdə dastana döndü. 

Oldun ər evinin yanan çırağı, 

Nəcib qadının eldən gələr sorağı.

Eş bilmiş özünə səni ərənlər, 

Qadın özgürlüyünü haqdan bilənlər.

Keçdin zamanın məşəqqət dolu sınağından,

Azadlıq yeli sildi, zülmət qaranlığı gül yanağından.

Güldü üzünə qoca şərqin 28 may istiqlalı, 

Gerçəkləşdi min-min insanın şirin xəyalı.

Ana oldun, bacı oldun, yar oldun sevənlərə,

Alqış, min alqış səni candan öyənlərə. 

Sən aşiqlər yolunun zülfü-pərişanısan, 

Nazlı bir dilbər, könül aşiyanısan. 

Zəriflik yaraşır sənin adına,

Zəif bilənlər dəyər verməyəndir, əlbəttə, qadına.

Şəhidlər, qazilər doğan ey gözəl xilqət,

Nur üzündən aləmə yayılar, mərhəməd, şəfqət. 

Gəl, ey can, aydınlıq suyu səp yolumuza, 

Güc gəlsin vətənə açılan qolumuza. 

Ən şirin nəğmədir, laylan, bayatın sənin, 

Ədəb-ərkan məktəbidir bizə, həyatın sənin. 

Nə bitər bu sevgi, nə sona yetər, 

Övlad harayına mələk misalı o ana yetər. 

Dilimizin ilkin sözü anadır, ana,

Min şükürlər olsun səni xəlq edənə, yaradana. 

Sənə borcludur bu ruh, bu bədən, 

Adınla qoşa çəkilir daim, sevgili vətən.

Min dəfə səcdənə dursaq yetməz yenə xidmətinə,

Tanrım yaranışdan səni sevmək hökmünü vermiş, ümmətinə.

Ana qadın, bacı qadın, yar qadın

Yer üzündə yoxdur tayın, nisbətin,

Ana qadın, bacı qadın, yar qadın.

Gözəl əxlaq, saflıq sənin qismətin, 

Ana qadın, bacı qadın, yar qadın.

Misalındır göydə nazlı mələklər, 

Hüsnün heyranıdır ərşdə fələklər, 

Səndən gələr şəfqət dolu diləklər, 

Ana qadın, bacı qadın, yar qadın. 

Ana dedik, vətən dedik adına,

İnsanlığın sənsən çatan dadına,

Tanrım yazmış səni cənnət qatına, 

Ana qadın, bacı qadın, yar qadın. 

Laylan ilə mışıl-mışıl yatmışıq, 

Alqışınla boya-başa çatmıçıq,

Yoxluğunda hər acını dadmışıq,

Ana qadın, bacı qadın, yar qadın.

Ağ örpəyə tutub bizi bələdin, 

Ömrümüzə sevgi nuru çilədin, 

Varmı sənsiz elə qiblə, elə din? 

Ana qadın, bacı qadın, yar qadın. 

Həyat sənlə gözəl oldu, şən oldu, 

Xoş rəftarın min arzuya tən oldu, 

Eşq məzhəri səndə gəlib can oldu, 

Ana qadın, bacı qadın, yar qadın.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
112
azpolitika.info

1Sources