EN

''Liverpul''un məşqçisi İstanbuldakı atmosferdən ağız dolusu danışdı

''Liverpul'' Çempionlar Liqasında qarşılaşacağı ''Qalatasaray''la oyundan öncə İngiltərə kubokunda səfərdə ''Vulverhempton''u 3:1 yenərək 1/4 finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, matçın ardından ''qırmızılar''ın baş məşqçisi Arne Slot ''TNT Sports'' kanalına açıqlamasında Türkiyə çempionu ilə dueldən danışarkən maraqlı fikirlər səsləndirib.

Xatırladaq ki, bu klublar bu mövsüm artıq liqa mərhələsində qarşılaşıblar və ''Cim-Bom'' evdə minimal hesabla üstün olub. Ümumiyyətlə, şəxsi oyunlarda ''sarı-qırmızılar''ın 2:1 üstün olması diqqət çəkir.

Slotu dinləyək:

''Qalatasaray''ın stadionunda oynamaq həqiqətən də ən çətin işlərdən biridi. Çünki ilk dəqiqədən son saniyəyə qədər daim təzyiq hiss edirsən. Top bizdə olarkən stadiondan çıxan uğultu səsi inanılmaz səviyyələrə çatır. Amma işin yaxşı olan tərəfi odu ki, biz də öz meydanımızda oynayacağıq və ''Qalatasaray'' üçün də ''Enfild''də asan olmayacaq. Əminliklə deyə bilərəm ki, ''Qalatasaray''la səfər matçı indiyə qədər keçirdiyim heç bir səfər oyununa bənzəmir. İstanbulda daha öncəki səfərlərimizdə olanlardan tamam başqa atmosfer hökm sürür. Həqiqətən rəqib üçün çətin bir ab-hava olur''.
Chosen
127
1
football-plus.az

2Sources