EN

ABŞ İranı bu bombardmançılarla da vuracaq

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd "B-1 Lancer" strateji bombardmançı təyyarəsi İrana qarşı növbəti zərbələrə hazırlıq məqsədilə İngiltərənin cənub-qərbindəki Ferford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Qardian" qəzeti məlumat yayıb.

Bombardmançı təyyarələrdən biri martın 6-da Britaniya aviabazasına çatıb, daha üç təyyarə isə martın 7-də yenidən yerləşdirilib. Böyük Britaniya Müdafiə Nazirliyi "B-1" təyyarəsinin ölkəyə gəlişini təsdiqləyib:

"ABŞ İranın bölgəyə raket atmasının qarşısını almaq və Britaniya vətəndaşlarının həyatını təhlükəyə atmamaq üçün ölkənin bazalarından xüsusi müdafiə əməliyyatları üçün istifadə etməyə başlayıb".

ABŞ-ın yaxın günlərdə İrana zərbə endirmək üçün Ferford Hərbi Hava Qüvvələri bazasından döyüş uçuşları həyata keçirməyə başlaması gözlənilir.

Chosen
13
50
unikal.az

10Sources