EN

Xeyli sayda "F-14" qırıcıları vuruldu

İsrail Müdafiə Ordusu (SAXAL) İranın İsfahan şəhərindəki hava limanına endirilən zərbələr nəticəsində "F-14" qırıcı təyyarələrinin məhv edildiyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, şənbə günü həyata keçirilən genişmiqyaslı hücum dalğası zamanı İsrail Hərbi Hava Qüvvələri İsfahan hava limanında İran rejiminə məxsus "F-14" qırıcılarının olduğu hərbi obyektləri hədəfə alıb. Uçuşa hazır vəziyyətdə olan qırıcıların zərbələr nəticəsində sıradan çıxarıldığı bildirilir.

Əməliyyat zamanı yalnız təyyarələr deyil, həm də İsrail aviasiyası üçün təhlükə yarada biləcək aşkaretmə (radar) və hava hücumundan müdafiə (HHM) sistemləri də dəqiq zərbələrlə məhv edilib.

Chosen
70
2
publika.az

3Sources