Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dünya üzrə qadınlar parlament yerlərinin 27,5 faizini tutur
Cari ilin əvvəlinə qadınlar dünya parlament yerlərinin 27,5%-ni tutur. Bu göstərici əvvəlki ilin 27,2%-indən bir qədər yüksəkdir. AYNA.AZ xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (PAİ) hesabatında bildirilib.
Qadınların təmsilçiliyində ən böyük artım 2025-ci ildə Qırğızıstanda, Sent-Vinsent və Qrenadinlərdə və Sent Lyusiyada qeydə alınıb. Avstraliyada parlamentdə qadınların payı 46%-ə çataraq ölkə tarixində rekord olub, Ekvadorda isə 45%-ə yüksəlib.
2025-ci ilin iyul seçkilərindən sonra Yaponiya tarixində ilk dəfə qadın Baş nazir vəzifəsinə seçilib, həmçinin parlamentin yuxarı palatasında qadınların payı 29,4%-ə yüksəlib.
Qadın parlament spikerlərinin sayı azalaraq 19,9%-ə düşüb (54 spikerdən 12-si qadın). Qadınların təmsilçiliyi ən yüksək səviyyədə Amerika ölkələrindədir (35,6%), ən aşağı isə Yaxın Şərq və Şimali Afrikada (16,2%). Oman, Tuvalu və Yəməndə aşağı palatalarda qadın parlamentar yoxdur.
Hesabata görə, kvotalar qadınların təmsilçiliyini artırmaq üçün ən təsirli vasitədir. Kvotasız parlamentlərdə qadınların payı 23,3%, kvotalı parlamentlərdə isə 30,9% təşkil edib.
Qadın siyasətçilərə qarşı zorakılıq ciddi problem olaraq qalır. Asiya-Sakit Okean regionunda qadın parlamentarilərin 76%-i psixoloji zorakılığa məruz qalıb. Bəzi ölkələr artıq bu halların qarşısını almaq üçün qanun və tədbirlər tətbiq edir.
Qeyd edək ki, PAİ 1889-cu ildə təsis olunub və hazırda 183 milli parlament və 15 regional parlament təşkilatını birləşdirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.