UFC326 tədbiri baş tutub.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə, BMF kəməri uğrunda Maks Hollouey və Çarlz Oliveyra üz-üzə gəlib.
Kəmərin hazırki sahibi Hollouey idi. Lakin bu döyüşdən sonra artıq sahibi dəyişib.
Ç. Oliveyra hakimlərin qərarı ilə rəqibini məğlub etməyi bacarıb.
Beləliklə, BMF kəməri braziliyalı döyüşçünün olub.
Əsas kartın digər döyüşlərində isə bu nəticələr qeydə alınıb:
Kayo Borralyo (84,4 kq) – Renye de Ridder (84,1 kq) - Borralqo qərarla qələbə qazanıb
Rob Font (61,7 kq) – Raul Rosas Junior (61,5 kq) - Raul Rosas qələbə qazanıb.
Drü Dober (70,8 kq) – Maykl Conson (70,5 kq) - Dober ikinci raundda rəqibini texniki nokaut edib.
Qreqori Rodriqes (84,4 kq) – Bruno Ferreyra (83,5 kq) - Rodriges ilk raunddaca rəqibini texniki nokauta uğradıb.