EN

Qol vurmasına baxmayaraq baş məşqçi Yamaldan narazı qalıb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 27-ci turunda Bilbao "Atletik"inə qarşı (0:1) keçirilən matçda hücumçu Lamin Yamalın yeganə qolu vurması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, alman mütəxəssis bununla bağlı "AS" nəşrinə açıqlama verib:

"Düşünmürəm ki, Lamin bu gün ən yaxşı oyununu oynadı, amma qarşılaşmanın nəticəsini o həll etdi... Boş zona olanda, qol imkanları yaratmağa qadirdir. Və qələbəyə səbəb ola biləcək kombinasiyalar yaradır".

Qeyd edək ki, Yamal bu mövsüm bütün yarışlarda 36 oyunda meydana çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
85
sport24.az

1Sources