EN

9 15 Mart həftəsinin astrologiya proqnozu Qazanc üçün əlverişli dövrdür

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu həftə göy cisimlərinin hərəkəti həm hərəkətliliyi, həm də keçmişdən qalan məsələlərin həllini ön plana çıxarır. Astroloq Esra A. Tartıcının proqnozuna görə yarımçıq işləri tamamlamaq və vacib qərarlar vermək üçün fürsətlər yaranır.Demokrat.az həftəlik bürc proqnozunu təqdim edir:Qoç: Əsəbinizi kənara qoyub strategiyaya üstünlük verin. Həftənin əvvəli görüşlər üçün əlverişlidir, lakin 10-11 mart tarixlərində gecikmələrə qarşı səbirli olun.Buğa: İnamla atılan addımlar güclü nəticələr verəcək. Həftə sonuna yaxın ani sözlərdən çəkinin, təmkinli olun.Əkizlər: Karyera və maddi məsələlər ön plandadır. Yupiterin hərəkəti gəlirlərinizdə rahatlama hissi yaradır.Xərçəng: Şans qapıları açılır. Keçmişdən qalan planları həyata keçirmək üçün fürsət yaranır, lakin strateji addımlar atmaq vacibdir.Şir: Səhnə sizindir, özünüzü göstərin. Xarici əlaqələr və təhsil mövzularında uğurlu enerjilər sizinlədir.Qız: Ağıllı addımlarla zirvəyə çata bilərsiniz. Ünsiyyətdəki qarışıqlıqları təmkinlə həll edin.Tərəzi: Ölçülü addımlar atın. Öhdəliklərinizi tarazlıqda saxlamaq həm karyera, həm də şəxsi həyatda rahatlıq gətirəcək.Əqrəb: Nəzarəti özünüzdə saxlayın, sərhədlərinizi müəyyən edin. 15 mart ətrafında cəsur addımlar üçün əlverişli şərait yaranır.Oxatan: Balansı qoruyun, addımlarınızı ağıllı planlaşdırın. 11 martdan sonra ortaq işlərdə inkişaf gözlənilir.Oğlaq: Detallara diqqət yetirin. Münasibətlərdə sərhədlərinizi və prioritetlərinizi düzgün müəyyən edin.Dolça: Qazanc üçün əlverişli dövrdür, cəsur olun. 15 mart maddi təşəbbüslər üçün münasibdir, lakin addımlarınızı ölçülü atın.Balıqlar: Ürəyinizi və hisslərinizi dinləyən qazanır. Yaradıcı işlərdə və şəxsi hədəflərdə məhsuldar dövr sizi gözləyir.Səmanın enerjisi bu həftə səbirli və düşüncəli olmağı tövsiyə edir. Ölçülü danışan və strateji addım atanlar üçün uğurlu həftə olacaq.Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources