Bazar gününə keçən gecə Norveçin paytaxtı Osloda ABŞ səfirliyinin binası yaxınlığında partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Norveçin NRK dövlət yayım korporasiyası məlumat yayıb.
"Gecə təxminən saat 1 radələrində atəş səsləri ilə bağlı bir neçə məlumat aldıq. Kifayət qədər tez hadisə yerinə gəldik və daha sonra ABŞ səfirliyi yaxınlığında partlayışın baş verdiyini müəyyən etdik", - deyə polis əməliyyatlarının rəhbəri Maykl Dellemir bildirib.
Partlayış səfirliyin ictimai girişi yaxınlığında baş verib. Binaya cüzi ziyan dəyib, insanlar xəsarət almayıblar.