EN

8 Mart olmasa idi, kişilər qadınları nə vaxt xatırlayardılar? VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

8 Mart - Beynəlxalq Qadınlar Günü dünyada qadınların cəmiyyətdəki rolu, əməyi və hüquqlarının xatırlandığı xüsusi gündür.

Bu gün ölkəmizdə də qeyd olunur, qadınlara hədiyyələr alınır, təbriklər səsləndirilir. Lakin qadınlar və kişilər bayrama və hədiyyələrə bəzən fərqli yanaşırlar. Hətta bu günü qeyd etməyi lazım bilməyənlər də var.

Oxu.Az-ın əməkdaşı Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxt sakinləri arasında sorğu keçirib.

8 Mart olmasa idi, kişilər qadınları nə vaxt xatırlayardılar? - VİDEO

Sakinlərə "8 Martda aldığınız hədiyyəni evə aparmaqda çətinlik çəkirsinizmi?", "Bu bayram münasibətilə nə qədər xərciniz çıxıb?", "Qadınların hələ kəşf olunmamış gücü nədir?", "8 Mart olmasa idi, kişilər qadınları nə vaxt xatırlayardılar?" kimi suallar ünvanlanıb.

Bəylər xərclə bağlı müxtəlif məbləğlər səsləndirsələr də, əksəriyyəti hədiyyənin qiymətindən çox, diqqətin vacib olduğunu vurğulayıb.

Sakinlərin bəziləri qadınların gücünü onların varlığında, digərləri isə hisslərində, səbir və qayğıkeşliyində görürlər. Xanımların bir qismi isə hesab edir ki, xüsusi günə ehtiyac yoxdur, hər gün qadınlar üçün dəyərlidir. Digərlərinə görə isə - belə günlər olmasa, bəylər xanımları daha az xatırlayarlar.

Salatın Aslan

Video: Əqdəm Qasımov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
155
oxu.az

1Sources