EN

Pirojki yeməklə dövlət idarə olunmur

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan hazırkı hakimiyyətin idarəçilik tərzini kəskin şəkildə tənqid edib. "Böyük siyasət" podkastında çıxış edən Köçəryan dövlət rəhbərinin əsas vəzifəsinin insanların rifahını yüksəltmək olduğunu vurğulayıb.Demokrat.az bildirir ki, Köçəryanın sözlərinə görə, ölkədə real irəliləyişə nail olmağın tək yolu effektiv idarəetmə sistemidir. O, öz fəaliyyət dövrü ilə müqayisə apararaq sürətli dəyişikliklərin sirrini məhz idarəetmənin keyfiyyətində görüb:"Yalnız effektiv idarəetmə hesabına ölkədə vəziyyəti 15-20 faiz yaxşılaşdırmaq olar. Mən Ermənistana əvvəlcə baş nazir, daha sonra prezident kimi gələndə idarəetmə sisteminin vəziyyətini gördüm və başa düşdüm ki, sürətli dəyişikliklərin sirri məhz effektivlikdir".Eks-prezident dövlət başçısının seçimi qarşısında iki yol olduğunu qeyd edib. O, nəticəyə köklənməklə kütləyə xoş görünməyin fərqli yanaşmalar olduğunu deyib: "Ya sən işə tam şəkildə fokuslanırsan və insanlar hər gün soyuducularında və rifahlarında yaxşılaşmanı hiss edirlər. Ya da vaxtını insanlara xoş görünməyə sərf edirsən. Hansı daha dürüstdür?"Köçəryanın bu fikirləri Nikol Paşinyanın fəaliyyətinə birbaşa işarə kimi qiymətləndirilir. O, baş nazirin küçə çıxışlarını və sosial ritorikasını sərt dillə tənqid edib: "Küçədə gəzmək və insanlarla birlikdə pirojki yemək ölkə idarəçiliyinin yerini verə bilməz".Görünür, müxalifət liderinin bu çıxışı rəsmi İrəvanla Köçəryan tərəfdarları arasında siyasi polemikaları daha da alovlandıracaq.(Yeni Musavat)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
132
demokrat.az

1Sources