Azərbaycan Basketbol Liqasında (ABL) XVIII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Neftçi" "Gəncə"ni qəbul edəcək.
Sərhədçi İdman Mərkəzində baş tutacaq oyun saat 17:00-da başlayacaq.
A qrupunda mübarizə aparan hər iki komandanın aktivində 25 xal var.
Turun əvvəlki oyunlarında bu nəticələr qeydə alınıb:
"Sumqayıt" - "Quba" 117:116
"Sərhədçi" - "Ordu" 70:67
"Naxçıvan" - "Lənkəran" 104:73
"Sabah" - "Şəki" 102:82
"AbÅŸeron Lions" - NTD 107:88