EN

“Ədalətli nəticə heç heçə idi” 5 aydan sonra uduzan baş məşqçi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1-ci liqada 17-ci tur arxada qaldı. İlk məğlubiyyəti 5-ci turda – oktyabrın 17-də “Şəfa”dan alan “Baku Sportinq” hesabat turunda evdə “Mingəçevir”ə uduzdu. Buzovnalılar hələ ki 2-ci pillədə qərarlaşsalar da, “Mingəçevir”i cəmi 1, “Səbail”i 3 xal qabaqlayırlar. 90+2-ci dəqiqədə buraxdığı qolla uduzan “Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfov “Football-plus.az”ın suallarına cavab verdi. Hesab oyunun axarına uyğundumu? Bu məğlubiyyət komandanın çempionluq iddiasına nə dərəcədə təsir etdi? “Mingəçevir”in çempionluq uğrunda mübarizə aparan digər konandalardan - “Şəfa” və “Səbail”dən fərqi nədi? Nəcəfovun cavabı:

“Oyun istədiyimiz kimi keçdi. Matçın 90+2-ci dəqiqəsində ani diqqətsizlikdən qol buraxdıq. Bu hücum rəqib tərəfdən planlaşdırılmamışdı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Bizim və rəqibin oyunun gedişində üstünlüyü var idi. Çempionluq yarışından qopduğumuzu düşünmürəm. Hər oyunun öz hekayəsi var. Son ana qədər oynamayanda belə hadisələr baş verir. Məyus olmamalıyıq. Düzdü, məğlub olmaq istəməzdik, amma futboldu. Oyundan bir xalla ayrılmalıydıq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. İlk hissədə də bu göründü. Sadəcə, son dəqiqədə ani diqqətsizlikdən qol buraxdıq. Hər kəs heç-heçə olduğunu düşünəndə qol buraxdıq. Elə çempionatdı ki, hamı hamıdan xal ala bilər. Qarşıda 10 çətin oyun var. Bundan sonrakı matçlar final kimidi. Turnir cədvəlində yerləşən hər komandanın hədəfi var. İnanın ki, bütün oyunlar ağır keçir”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
1
icma.az

2Sources