EN

Komediya ustası görün gənc qıza nə dedi? Batman şəhərində narazılıq FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli komediyaçı Hasan Can Kaya proqramında səsləndirdiyi sözlərə görə sosial şəbəkələrdə müzakirələrin mərkəzinə düşüb. Onun verilişdə Batman şəhərindən olan bir tamaşaçı ilə dialoqu bəzi istifadəçilərin narazılığına səbəb olub.Bizim.Media xəbər verir ki, hadisə komediya proqramı zamanı baş verib. Bahar adlı gənc qız haralı olduğunu soruşan aparıcıya “Batman” cavabını verib.Hasan Can Kaya ona belə deyib:“Batmanlısan? Həyatım, sən necə Batmanlısan belə? Bir arxanı çevir, hamı görsün. Dostlar, Batmanlıdır, amma çox qərb tipli görünür.”Bu sözlər sosial şəbəkələrdə sürətlə yayılıb və xüsusilə Batman şəhərinin sosial media səhifələrində narazılıq yaradıb. Bəzi istifadəçilər komediyaçının ifadələrinin şəhər sakinlərinə qarşı hörmətsiz olduğunu bildiriblər.Paylaşımlarda belə fikirlər səsləndirilib:Batman böyük və inkişaf etmiş şəhərdirŞəhərin sakinləri haqqında stereotiplər yaratmaq düzgün deyilKomediya adı altında təhqir edilməməlidirMəsələ sosial mediada geniş müzakirə olunmağa davam edir. Hadisə ilə bağlı Hasan Can Kaya tərəfindən rəsmi açıqlama verilib-verilmədiyi isə hələlik məlum deyil.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
116
2
bizim.media

3Sources