
Mingəçevir Kür Hazırlıq Mərkəzinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi “Qadınlar, Qadınlar, Qadınlar” adlı musiqili, ədəbi- bədii tədbir Mingəçevir Dövlət Dram teatırının səhnəsində nümayiş etdirilib.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğullarımız və qızlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kursun direktoru Rübail Nəbiyev çıxış edərək təbriklərini çatdırıb:
“Tarix boyu qadınlar öz zəhməti, mərhəməti, səbr və müdrikliyi ilə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Ana kimi, müəllim kimi, bacı və övlad kimi qadınlar həyatımıza sevgi, qayğı və ümid gətirirlər. Xüsusilə qadın müəllimlərimiz gələcəyimiz olan şagirdlərimizin yetişməsində böyük fədakarlıq göstərir, onlara yalnız bilik deyil, həm də insanlıq dəyərləri aşılayırlar. Bayramınız mübarək!”
Daha sonra şagirdlərin hazırladıqları bir-birindən maraqlı səhnəciklər səhnəyə qoyulub, rəqslər edilib, şeirlər səsləndirilib.
Esmira Hidayətova, Mingəçevir
