EN

İranın yeni ali dini lideri seçildi YENİLƏNİB

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə başlayan hərbi toqquşmalar artıq 9-cu gününə daxil olub. Ayətullah Əli Xameneyinin həlak olmasından sonra İranda yeni dini liderin kim olacağı sualı nəhayət cavabını tapıb.İranın 88 nəfərdən ibarət Ekspertlər Şurasının üzvü Seyyid Əhməd Aləm el-Huda təsdiqləyib ki, yeni dini lider seçilib. Lakin maraqlı məqam ondadır ki, seçilən şəxsin kimliyi təhlükəsizlik səbəbi ilə ictimaiyyətə açıqlanmır.Bu qərarın arxasında İsrail ordusunun sərt bəyanatları dayanır. İsrail rəsmi olaraq elan edib ki, Xameneyinin yerini tutacaq hər hansı şəxs və onu təyin etməyə çalışanlar onların hədəfindədir.Ekspertlər Şurasının üzvü Məhəmməd Mehdi Mirbakeri isə bildirib ki, yeni liderin seçilməsi ilə bağlı razılıq əldə edilsə də, prosesin icrasında bəzi texniki və təhlükəsizlik əngəlləri qalmaqdadır. Rəsmi Tehran vəziyyəti tam nəzarətdə saxlamağa çalışsa da, İsrailin hücumlarının hədəfləri genişləndirməsi yeni liderin elanını çətinləşdirir.-------10:30İranın ali dini lideri Əli Xameneinin vəfatından sonra ölkədə yeni rəhbərin seçilməsi prosesi diqqət mərkəzində qalmaqdadır. Ekspertlər Şurasının üzvü, ayətullah Hüseyn Müzəffəri bildirib ki, qurum yaxın sutka ərzində məsələni müzakirə etmək üçün iclas keçirməyi planlaşdırır.Demokrat.az bildirir ki, "Fars" agentliyinə istinadən verilən məlumata görə, Müzəffəri şura üzvlərinin yeni liderin seçilməsi üçün münbit şəraitin yaranmasını gözlədiklərini ifadə edib:"Ekspertlər Şurasının üzvləri toplantının keçirilməsi, müzakirələrin aparılması və yeni ali rəhbərin seçilməsi üçün şəraitin yaranmasını səbirsizliklə gözləyirlər. Ümid edirik ki, bu, yaxın 24 saat ərzində baş tutacaq".Ayətullah Müzəffəri həmçinin vurğulayıb ki, Ekspertlər Şurası hazırkı məqamda hələlik rəsmi toplantı keçirməyib. O, ictimaiyyəti rəsmi mənbələrdən kənar yayılan şayiələrə və təsdiqini tapmamış məlumatlara etibar etməməyə çağırıb.Xatırladaq ki, martın əvvəlindən etibarən beynəlxalq və yerli mediada yeni liderin seçilməsi prosesi ilə bağlı müxtəlif iddialar dolaşsa da, rəsmi qurumlar prosesin konstitusiyaya uyğun şəkildə davam etdiyini bildirir.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
255
50
demokrat.az

10Sources