EN

Naxçıvana gedənlər üçün İğdıra neçə reys həyata keçirilib?

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.

“Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

Martın 5-dən indiyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
137
49
yeniavaz.com

10Sources