EN

Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO

Lənkəranda baş verən yol qəzasında avtomobil sürücüsü ciddi xəsarət alıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Şıxakəran kəndi yaxınlığında qeydə alınıb.

LÉ™nkÉ™ran rayonunun Siyavar kÉ™nd sakini, 1963-cü il tÉ™vÉ™llüdlü Vaqif Mahmud oÄŸlu HeydÉ™rov “VAZ-2104” markalı avtomobili ilÉ™ Astara istiqamÉ™tindÉ™ hÉ™rÉ™kÉ™t edÉ™rkÉ™n idarÉ™etmÉ™ni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir evin hasarına və qaz xəttinə çırpılıb.

Qəza zamanı V.Heydərov ağır bədən xəsarətləri alıb və Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi uyğun şöbədə davam etdirilir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.





Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
108
1
bizim.media

2Sources