Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.
“7Times.az” xəbər verir ki, T. Berendsen bununla bağlı “X”dəki hesabında məlumat yayıb.
“Niderland İranın bu hücumunu pisləyir”, – Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir:
“Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır”.
O qeyd edib ki, bölgədə qalan səyahətçilərin təhlükəsiz şəkildə geri qaytarılması barədə azərbaycanlı həmkarı ilə fikir mübbadiləsi aparıb.