EN

“Şamaxı” “İmişli” ilə heç-heçə etdi

Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

“Şamaxı” “İmişli”ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Komandaların ilk dövrədəki matçında “Şamaxı” 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb – 0:0.

Günün digər oyununda isə “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olacaq. Görüş saat 19:15-də start götürəcək. Komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib – 5:0, 5:1.

Chosen
94
6
nocomment.az

10Sources