EN

Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşdu

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, “Qazel” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib. Bildirilir ki, mikroavtobusda sahədə çalışan fəhlələr olub.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
119
43
unikal.az

10Sources