EN

Çin vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

Far.Az "Report"a istinadən xəbər verir ki, günorta saatlarından (13:30-dan 17:00-dək) indiyə kimi 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.

Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilmişdi.

***13:01

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1873 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Far.Az "Report"a istinadən xəbər verir ki, onlar 67 ölkənin vətəndaşlarıdır.

Məlumata əsasən, fevralın 28-i saat 08:00-dən martın 8-si saat 10:00-a qədər 309 Azərbaycan vətəndaşı ilə yanaşı, Çinin 529, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 123, Omanın 57, İtaliyanın 44, İndoneziyanın 32, İranın 25, İspaniyanın 26, Səudiyyə Ərəbistanının 18, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 8, Böyük Britaniyanın 8, Belarus 7, Özbəkistan 12, Almaniya 14, BƏƏ, Slovakiya, Kanadanın hərəsinin 6, Serbiya 5, Nigeriya 10, Əfqanıstan, Qazaxıstan, Çexiya, Avstriya, İsveçrənin hərəsinin 5, Bəhreyn 4, İordaniya 4, Şri-Lanka 4, Yaponiya 17, Ukrayna, Türkiyə, Macarıstan, Belçika, Küveytin, Banqladeşin hərəsinin 4, Filippin, Qətər, Meksika, Finlandiya, Xorvatiya, Rumıniya hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kiprin hərəsinin 2, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, İsveç, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, ABŞ-nin hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Chosen
96
9
far.az

10Sources