EN

Paşinyandan Puqaçovanın mahnısı fonunda 8 Mart təbriki – Anna Akopyanı isə yada salmadı

Ermənistanın baş naziri Nikol Paşinyan 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkədə paylaşım edərək xanımları təbrik edib.

Musavat.com xəbər verir ki, baş nazir mesajında qadınlara müraciətlə belə yazıb: “Əziz qadınlar, analar, bacılar, qızlar, nənələr – hamınızı 8 Mart münasibətilə təbrik edirəm. Siz bizim qürurumuz və ilham mənbəyimizsiniz. Sizə sevgi və xoşbəxtlik arzulayıram”.

Paylaşım zamanı maraqlı detal diqqət çəkib. Belə ki, Paşinyan təbrik fonunda məşhur rusiyalı müğənni Alla Puqaçovanın ifa etdiyi “Milyon qırmızı qızılgül” mahnısını səsləndirib. Daha sonra isə ənənəvi ürək işarəsi göstərərək qadınları bayram münasibətilə təbrik edib.

Diqqət çəkən başqa bir məqam isə baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyanı sosial şəbəkələrdə təbrik etməməsi olub.
Xatırladaq ki, fevralın 27-də Anna Akopyan Paşinyanla yollarını ayırdığını açıqlayıb. O bildirib ki, faktiki olaraq birgəliklərinə son qoyub və hökumətə məxsus bağ evini tərk edib.

Akopyan həmçinin qeyd edib ki, sosial şəbəkələrdə və ictimai müzakirələrdə işlədilən “vətəndaş nikahının başa çatması” ifadəsi rəsmi qaydada nikahın qeydiyyata alınması deyil, sadəcə birgə yaşayışın dayandırılması anlamına gəlir.

Şahanə Rəhimli,
Musavat.com

Chosen
81
4
musavat.com

10Sources