EN

İrandan təxliyə olunan şəxs: "8 il idi ki, Vətənə gələ bilmirdim" - VİDEO

Fevralın 28-i saat 08:00-dan martın 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1 873 nəfər təxliyə edilib.

Bizim.Media xəbər verir ki, təxliyə olunanlar 67 ölkənin vətəndaşlarıdır. Onlardan 309 nəfəri Azərbaycan vətəndaşıdır.

"Təbrizdən gəlmişəm. Bir dostumuzun evində qonaq idim. Bir neçə ildir xəstəyəm, ürəyimə stent qoyulub. Səkkiz il idi ki, Vətənə gələ bilmirdim. Sərhədi keçən kimi torpağımı öpəcəyəm", - deyə təxliyə olunan vətəndaşlardan biri Baku TV-yə bildirib.

"Beş gündür orada idik, bizi incidirdilər. Keçməyə imkan vermirdilər", - deyə başqa bir vətəndaş qeyd edib.


Bizim.Media

Chosen
108
2
bizim.media

3Sources