Ajans.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, “Nissan” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./APA