İran hədəf siyahısını genişləndirərək yalnız hərbi obyektlərlə kifayətlənməyib və regiondakı ABŞ-ın strateji maraqları və iqtisadi aktivlərini də daxil edib.
Musavat.com xəbər verir ki, bu barədə Fars News Agency məlumat yayıb.
Məlumatda bildirilir ki, “İranın hədəf siyahısı əhəmiyyətli dərəcədə yenilənib” və indi siyahıya regiondakı ABŞ və İsrailin əsas investisiyaları və həyati əhəmiyyətli maraqları da daxil edilib.
Bildirilib ki, bu addım Tehran tərəfindən regiondakı strateji üstünlüyünü qorumaq və ABŞ-ın və İsrailin iqtisadi və hərbi təsirini məhdudlaşdırmaq məqsədini güdür.
Musavat.com